Onlayn ictimai-siyasi qəzet
Koreya Xalq Demokratik Respublikası Yaponiya dənizi istiqamətində ballistik raket buraxıb.
Musavat.com xəbər verir ki, bu barədə "Yonhap" Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Məlumata görə, raket təxminən 700 km məsafə qət edib.
Yaponiya rəsmi etiraz göndərdi
Tokio raket sınağı ilə bağlı Pekində yerləşən diplomatik kanallar vasitəsilə Pxenyana etiraz notası təqdim edib.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Xirokadzu Kixara bəyan edib:
“Biz hesab edirik ki, Şimali Koreya müxtəlif tip raket sınaqları, peyk buraxılışları və hətta nüvə testi daxil olmaqla provokasiyaları davam etdirə bilər".
Bu il 7-ci dəfə
KXDR son dəfə ballistik raketi 22 oktyabrda sınaqdan keçirmişdi. Bugünkü buraxılış isə 2025-ci ildə artıq yeddinci belə addımdır.
Analitiklər hesab edir ki, Pxenyan raket proqramı ilə:
ABŞ və Cənubi Koreyaya hərbi təzyiqi artırmaq,
və gələcək danışıqlarda əlini gücləndirmək məqsədi güdür.
Regionda vəziyyət yenidən gərginləşib.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ