Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ilk dəfə olaraq Britaniyanın Baş naziri Starmerin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauellin 2025-ci ilin əvvəlində Rusiya liderinin köməkçisi Yuri Uşakovla əlaqə saxladığını təsdiqləyib.
Musavat.com xəbər verir ki, Peskovun sözlərinə görə, bu dialoq Londondakı siyasi iradə çatışmazlığı səbəbindən davam etdirilməyib:
“Həmin təmas zamanı britaniyalı tərəfdaş Avropanın mövqeyini çatdırmaqda çox israrlı idi, lakin bizim fikirlərimizi dinləməyə maraq göstərmirdi. Qarşılıqlı fikir mübadiləsi mümkün olmayanda, təbii ki, dialoq da inkişaf edə bilmir,” — deyə Peskov bildirib.
Kreml nümayəndəsinin bu açıqlaması Qərb-Rusiya münasibətlərində rəsmi səviyyədə gizli diplomatik cəhdlərin olduğunu göstərir, lakin tərəflər arasında etimad böhranının hələ də dərin olaraq qaldığını üzə çıxarır.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ