Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Erməni Apostol Kilsəsinin (AAC) nümayəndələrinin təqibi ilə bağlı vəziyyəti yaxından izləyir və yerli hakimiyyət orqanlarını konstitusiyaya riayət etməyə çağırır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər nazirinin müavini Cenni Çepman bildirib.
"Böyük Britaniya Ermənistan hökuməti ilə Erməni Apostol Kilsəsi arasındakı vəziyyəti izləyir. Bütün hərəkətlərin Ermənistanın konstitusiya və hüquqi çərçivəsinə uyğun olmasını, lazımi proseslərə hörmət edilməsini və qanuna uyğun olaraq bütün şəxslərə ədalətli münasibət göstərilməsini, eləcə də şəffaf və qərəzsiz məhkəmə proseslərinin təmin edilməsini gözləyirik", - deyə o bildirib.
Xarici İşlər Nazirliyinin rəhbərinin müavini əlavə edib ki, "Böyük Britaniya hökuməti dünyada din və etiqad azadlığı hüququnun təşviqi və qorunmasına qətiyyətlə sadiqdir. Nazirlər və rəsmilər erməni həmkarlarımızla müntəzəm olaraq bir sıra məsələləri müzakirə edirlər", - deyə Çapman London Sazerlend rayonunun anqlikan yepiskopu və Britaniya parlamentinin lordlar palatasının (yuxarı palata) üzvü Kristofer Çessanın sualına yazılı cavabında bildirib. Cavab Erməni Apostol Kilsəsinin kanslerliyinin rəhbəri arxiyepiskop Arşak Xaçatryanın həbsindən sonra verilib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ