İnsanlara hürriyət, millətlərə istiqlal!

Malidə DƏHŞƏT: Rusiya muzdluları gördükləri hər kəsi GÜLLƏLƏYİR

Rusiya Müdafiə Nazirliyinə bağlı “Afrika Korpusu” Malidə mülki şəxsləri qaçırır, öldürür və onlara təcavüz edir.

Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"Vaqner" PMC-nin ölkəni tərk etməsindən sonra yerli sakinlər vəhşiliyin dayanacağına ümid edirdilər.

Lakin yeni muzdlular eyni metodlarla hərəkət edir və “yandırılmış torpaq” taktikasından istifadə edirlər.

“Əsgərlər heç kimlə danışmırlar. Gördükləri hər kəsi güllələyirlər. Heç bir xəbərdarlıq yoxdur və insanlar niyə öldürüldüklərini belə anlamırlar”, - qaçqınlardan biri deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR