Onlayn ictimai-siyasi qəzet
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynaya “Tomahavk” raketlərinin göndərilməsini kəskin şəkildə tənqid edib. Onun sözlərinə görə, bu addım “hamı üçün pis nəticələnə bilər”, lakin ilk növbədə ABŞ prezidenti Donald Tramp üçün.
Musavat.com xəbər verir ki, Medvedev “Tomahavk” raketlərinin uçuş zamanı adi və nüvə başlıqlı variantlarının fərqləndirilməsinin mümkün olmadığını bildirib:
“Bu, yüz dəfə izah olunub — ulduzlu-zolaqlı cənabların belə anlayacağı şəkildə. ‘Tomahavk’ların buraxılışını Kiyev deyil, ABŞ həyata keçirəcək. Yəni oxu: Tramp. Rusiya necə cavab verməlidir? Elə bu cür!” — deyə o vurğulayıb.
Medvedevin bu açıqlaması Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli silah tədarükü fonunda səsləndirilib.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ