İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur istintaq təcridxanası hotel və muzey kompleksinə çevrilir

Sankt-Peterburqda məşhur, uzun illər istintaq təcridxanası kimi fəaliyyət göstərmiş “Krestı” SİZO-sunun genişmiqyaslı yenidənqurma layihəsi təqdim olunub.

Musavat.com xəbər verir ki, şəhər rəhbərliyi artıq layihənin əsas restavrasiya mərhələlərini təsdiqləyib.

Planlaşdırılan transformasiya nəticəsində keçmiş “Krestı” istintaq təcridxanasının ərazisində aşağıdakı obyektlər yaradılacaq:

Multimedia muzeyi – “Krestı”

İki hotel

Qastronomiya küçəsi

Piyada bulvarı - art-obyektlər və xatirə zonaları ilə

Ərazinin tamamı piyada məkanına çevriləcək, kompleksin mərkəzində isə dəyişməz olaraq Aleksandr Nevski kilsəsi qalacaq.

“Krestı” ümumilikdə 29 binadan və 6 sahədən ibarət olan böyük tarixi kompleksdir. Ötən əsrdə burada bir çox görkəmli şəxslər saxlanılıb: Lev Trotski, İosif Brodski və Anna Axmatovanın oğlu Lev Qumilyov.

Layihə Rusiyada ən diqqətçəkən tarixi məkan çevrilmələrindən biri kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR