Milli Məclisdə büdcə müzakirələri davam edir
Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirələrinə həsr olunmuş müzakirələr davam etdirilir.
Musavat.com-un məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda Baş nazir Əli Əsədov və Nazirlər Kabinetinin üzvləri də iştirak edir.
Deputatların büdcə sənədi ilə bağlı çıxışları dinlənilir. Bu gün 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsinin ilk oxunuşunun başa çatacağı gözlənilir.
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ