Onlayn ictimai-siyasi qəzet
Rusiyanın İrəvandakı səfirliyi Ermənistan hakimiyyətinin rusiyalı “müharibə müxbiri” Dmitri Seleznevin ölkəyə girişinə icazə verməməsinin səbəbləri barədə məlumat istəyib.
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
"Biz İrəvandakı səfirliyimiz vasitəsilə bu qərarın səbəbləri ilə bağlı məlumat tələb etmişik. Ümid edirik ki, bu, Seleznevin jurnalist fəaliyyəti ilə bağlı deyil. Çünki bu, respublikanın Ermənistan hakimiyyəti tərəfindən təbliğ edilən hüquqi demokratik dövlət imicinə ziddir. Mətbuat azadlığı bildiyimiz kimi toxunulmazdır", - Zaxarova bildirib.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ