Onlayn ictimai-siyasi qəzet
İran rəhbərliyi ABŞ Prezidenti Donald Trampın əvvəlki variantı qəti şəkildə rədd etməsindən sonra yenilənmiş sülh təklifini təqdim etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, "CNN" agentliyinin pakistanlı vasitəçilərə istinadən yaydığı məlumata görə, rəsmi Tehranın yeni sənədi bu gün, yəni cümə gününədək Vaşinqtona çatdıracağı gözlənilir.
Qeyd olunur ki, Tramp administrasiyası bundan əvvəlki sülh planını "qeyri-kafi" və "ABŞ maraqlarına uyğun olmayan" hesab etdiyi üçün danışıqlar prosesində gərginlik yaranmışdı. Pakistanın vasitəçiliyi ilə hazırlanan yeni təklifin nüvə proqramı, ballistik raketlər və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı daha konkret bəndləri ehtiva edəcəyi iddia olunur.
Ağ Evin müharibə səlahiyyətləri üçün müəyyən edilmiş qanuni müddətin bu gün başa çatması, Tehranın sülh təklifini daha sürətlə masaya gətirməsinə səbəb olub.
Diplomatik mənbələr bildirir ki, əgər bu təklif də Tramp tərəfindən qəbul edilməsə, regionda hərbi əməliyyatların yeni və daha dağıdıcı mərhələyə keçməsi qaçılmaz olacaq.
Hazırda İslamabad və digər regional paytaxtlar ABŞ-ın bu yeni sənədə verəcəyi reaksiyanı diqqətlə izləyir. Beynəlxalq analitiklər hesab edirlər ki, İranın bu geri addımı və təklifini yeniləməsi, onun iqtisadi sanksiyalar və hərbi təzyiqlər qarşısında ciddi sıxıntı yaşadığının göstəricisidir. Sülhün əldə olunub-olunmayacağı birbaşa Vaşinqtonun bu yeni şərtlərə münasibətindən asılı olacaq.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ