Onlayn ictimai-siyasi qəzet
NATO Baş katibi Mark Rütte Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə Alyansın "X" hesabında paylaşım edilib.
"Müttəfiqimiz Türkiyəyə və bu gün baş verən faciəli qəzada həlak olanların hamısının yaxınlarına dərin hüznlə başsağlığı veririk. Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinə, xüsusilə də Alyansdakı bütün hərbi geyimli kişilərimizə və qadınlarımıza- hər gün təhlükəsizliyimizi təmin etmək üçün etdiklərinə görə dərin minnətdarlığımızı bildiririk", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ