Onlayn ictimai-siyasi qəzet
NATO Baş katibi Mark Rutte bildirib ki, alyans öz nüvə arsenalının gücünü nümayiş etdirmək niyyətindədir.
Musavat.com xəbər verir ki, o, Almaniyanın "Welt am Sonntag" qəzetinə müsahibəsində bunu Rusiya və digər ölkələrin “təhlükəli və məsuliyyətsiz nüvə ritorikasına” cavab kimi xarakterizə edib.
Ruttenin sözlərinə görə, NATO ölkələrinin vətəndaşları təhlükəsizliklərini sual altına almamalıdırlar:
“Heç bir panikaya səbəb yoxdur. NATO-nun nüvə məsələsi bizim təhlükəsizliyimizin mükəmməl zəmanətidir".
O bildirib ki, alyansın nüvə imkanları etibarlı, davamlı və tam işlək vəziyyətdə qalmalıdır.
Eyni zamanda Rutte vurğulayıb:
“Atom müharibəsini heç vaxt qazanmaq olmaz və onu aparmaq da olmaz".
Müşahidəçilər hesab edir ki, bu bəyanat Qərbin nüvə strategiyasında daha açıq və sərt kommunikasiya mərhələsinə keçidi ifadə edir.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ