Onlayn ictimai-siyasi qəzet
NATO-ya üzv ölkələrin yarıdan çoxu ABŞ-dən Ukrayna üçün silah alınmasını nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (Prioritized Ukraine Requirements List, PURL) proqramına qoşulmağa hazır olduqlarını bildiriblər.
"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte müdafiə nazirlərinin "Ramştayn" təmas qrupunun iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Yalnız ABŞ-nin verə biləcəyi silah növləri var və onların alternativi yoxdur. Bu, PURL təşəbbüsü deyilən təşəbbüsdür. Biz iclasa başlayanda altı NATO ölkəsi bu təşəbbüsdə iştirak edirdi, lakin görüşdən sonra alyans ölkələrinin yarıdan çoxu ona qoşulmağa hazırdır", - Rutte söyləyib.
O qeyd edib ki, ümumilikdə 19 NATO ölkəsi ABŞ-dən və ya ikitərəfli qaydada alınan yeni silahları Ukraynaya tədarük etmək niyyətini vurğulayıb.
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ