Onlayn ictimai-siyasi qəzet
İsrail baş naziri Benyamin Netanyahu bəyan edib ki, Qəzzada təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulan çoxmillətli qüvvələrin tərkibində Türkiyə hərbçiləri olmayacaq.
Musavat.com bu barədə yerli mətbuata istinadən xəbər verir.
Netanyahu bildirib ki, Tel-Əviv Türkiyənin qüvvələrinin Qəzzada və ya İsrailin nəzarəti altındakı ərazilərdə iştirakını qətiliklə rədd edir və “bu torpaqda türk çəkməsi olmayacaq” sözlərini işlədib.
İsrail baş nazirinin ofisi və hökumət rəsmiləri də Türkiyə qoşunlarının layihəyə daxil edilməyəcəyini təsdiq edib. Hökumət sözçüsü jurnalistlərə açıqlamasında “Qəzzada türk hərbçilərinin olmayacağını” bildirib.
Məsələ ABŞ-ın təşəbbüsü ilə Qəzza üçün nəzərdə tutulan beynəlxalq stabilizasiya qüvvələrinə dair danışıqlar çərçivəsində gündəmə gəlib.
Rəsmi Vaşinqton və digər tərəfdaşlar çoxmillətli heyətə maraqlı ölkələrin iştirakı barədə müzakirələr aparırdılar, lakin İsrail Ankaranın bu formatda iştirakını qəbul etmir.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ