İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Trampı mədh etdi: Azərbaycan–Ermənistan məsləsini də dilə gətirdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Azərbaycan–Ermənistan münaqişəsinin nizamlanmasına verdiyi töhfəni xüsusi vurğulayıb.

Musavat.com xəbər verir ki, Netanyahu "Newsmax" telekanalına müsahibəsində Trampın beynəlxalq münaqişələrin həllində fəal və nəticəyönümlü rol oynadığını bildirib.

İsrailin baş naziri qeyd edib ki, Donald Tramp insanların mümkün hesab etmədiyi bir çox proseslərdə real nəticələr əldə edib və sülh gündəliyini irəli aparıb:

“O, sülh üçün fövqəladə dərəcədə çox iş gördü. Dünyanın müxtəlif yerlərində bir çox münaqişələri həll etdi — insanların həllinə inanmadığı məsələləri belə yoluna qoydu. Azərbaycan və Ermənistan məsələsi ilə heç kim məşğul olmurdu. O isə bu işin də həllinə dəstək verdi. Dünyada bu cür yerlər hələ çoxdur”, — deyə Benyamin Netanyahu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR