Onlayn ictimai-siyasi qəzet
Nobel Komitəsi 2025-ci il fiziologiya və tibb üzrə mükafatın qalibi Fred Ramsdellə qələbə xəbərini çatdıra bilməyib.
Musavat.com xəbər verir ki, alim hazırda Aydaho ştatının ucqar dağlıq bölgəsində yürüşdədir, onun dəqiq yeri məlum deyil və rabitə əlaqəsi yoxdur.
Komitənin baş katibi Tomas Perlmann laureatlara “imkan tapan kimi əlaqə saxlamağı” xahiş edib.
ABŞ alimi Fred Ramsdell immun sisteminin öyrənilməsinə görə mükafat alan üç alimdən biridir. Digər laureatlar Sietldən Meri Brunko və Osaka Universitetindən Simon Sakaguçidir. Onlar T-tənzimləyici hüceyrələrin kəşfinə görə mükafata layiq görülüblər — bu hüceyrələr orqanizmin müdafiə funksiyasını təmin edir.
Bu, Nobel Komitəsinin laureatlarla əlaqə saxlamaqda çətinlik yaşadığı ilk hal deyil. 2020-ci ildə iqtisadiyyat üzrə laureat Bob Uilson gecə telefonu söndürdüyü üçün komitə üzvləri onu şəxsən oyatmağa məcbur qalmışdılar.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ