Onlayn ictimai-siyasi qəzet
Himalay dağlarında baş verən hadisə ağır nəticələrlə yekunlaşıb. Musavat.com xəbər verir ki, rusiyalı alpinist 7900 metr yüksəklikdə tək buraxılıb.
Himalaylarda yerləşən Makalu dağına qalxan rusiyalı alpinist 7900 metr yüksəklikdə bələdçi tərəfindən tək qoyulub.
Alpinist bütün çətinliklərə baxmayaraq, aşağı enməyi təkbaşına bacarıb. O, iki həftə xəstəxanada müalicə alıb, lakin ağır donvurma səbəbindən əl barmaqları amputasiya edilib.
Daha sonra alpinist turizm şirkətini məhkəməyə verib.
Makalu dünyanın hündürlüyünə görə beşinci zirvəsidir. Onun hündürlüyü 8458 metrdir və bu dağa qalxmaq səkkizminliklər arasında ən çətin marşrutlardan biri hesab olunur.
Musavat.com
13 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ