İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordu məhv oldu, Xamenei ÖLDÜ - ŞOK AÇIQLAMA + FOTO

ABŞ prezidenti Donald Trump sosial şəbəkədə etdiyi son paylaşımında ölkəsinin silahlı qüvvələrinin tam hazır vəziyyətdə olduğunu vurğulayıb.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

O bildirib ki, ABŞ ordusu istənilən ssenariyə cavab verəcək gücdədir.

Paylaşımda ABŞ-nin hərbi potensialını əks etdirən müxtəlif görüntülər də yer alıb. Videolarda dəniz və hava qüvvələrinin, eləcə də raketdən müdafiə sistemlərinin yüksək hazırlıq səviyyəsində olduğu diqqətə çatdırılıb.

Eyni paylaşımda İranın hərbi imkanlarına dair görüntülər də təqdim olunub. İddialara görə, bu materiallarda İranın dəniz qüvvələri və hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarıldığı göstərilir.

Kadrlarda həmçinin İranın ali dini lideri Əli Xamenei ilə bağlı təsvir də yer alıb. Həmin görüntüdə onun fotosunun üzərində “ölü” ifadəsi yerləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR