Onlayn ictimai-siyasi qəzet
Çempionlar Liqasının pley-off mərhələsində yenidən “Benfika” ilə üz-üzə gələcək olan “Real Madrid” La Liqada “Rayo Valyekano” ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir.
Musavat.com-un xəbərinə görə, 20 yaşlı Arda Gülər “Real Madrid”in son məşqində möhtəşəm qola imza ataraq diqqətləri üzərinə çəkib.
Üsyankar ruhunu yenidən ortaya qoyan gənc futbolçu komandasının məşqində göstərdiyi performansla texniki heyətə mesaj göndərib.
Qeyd edək ki, Arda Gülər daha əvvəl “Real Madrid”in “Benfika”ya 4:2 hesabı ilə məğlub olduğu qarşılaşmada oyundan çıxarılmasına sərt reaksiya vermiş və bu davranışı ilə gündəmə gəlmişdi.
“Real Madrid” bu gün yerli vaxtla saat 16:00-da “Santyaqo Bernabeu” stadionunda “Rayo Valyekano”nu qəbul edəcək.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ