Onlayn ictimai-siyasi qəzet
Əfqanıstan–Pakistan sərhədində vəziyyət yenidən gərginləşib. Pakistan ordusunun artilleriya bölmələri Talibanın nəzarətində olan bir sıra mövqeləri atəşə tutub.
Musavat.com xəbər verir ki, döyüşlər əsasən Xayber-Paxtunxva əyalətinin sərhəd bölgələrində baş verib. Hər iki tərəf artilleriya zərbələrinin qarşılıqlı xarakter daşıdığını bildirir. İlkin məlumatlara əsasən, itkilər barədə məlumatlar dəqiqləşdirilir.
Hadisə son günlər iki ölkə arasında artan gərginlik fonunda baş verib. Qeyd olunur ki, bu həftə sərhəd boyunca bir neçə toqquşma və hava hücumu da qeydə alınıb.
Rəsmi İslamabad və Kabul məsələ ilə bağlı fərqli açıqlamalar versə də, hadisələrin dəqiq miqyası hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
@@TVmusavat/129875@@
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ