Onlayn ictimai-siyasi qəzet
Pakistanın aparıcı ingilisdilli nəşri "Dawn" xəbər verir ki, ölkənin Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
Məlumata görə, bu barədə Pakistan Baş nazirinin ofisinin rəsmi açıqlamasında bildirilir.
Telefon danışığı zamanı tərəflər əvvəlcə Ramazan bayramı münasibətilə qarşılıqlı təbriklərini çatdırıb, daha sonra isə Yaxın Şərqdə və xüsusilə İran və Körfəz regionunda baş verən son hadisələri müzakirə ediblər.
Şahbaz Şərif Azərbaycana qarşı həyata keçirilən hücumları qətiyyətlə pisləyib və Azərbaycan xalqı ilə tam həmrəy olduğunu vurğulayıb.
Baş nazir qeyd edib ki, Pakistan bu çətin dövrdə qardaş Azərbaycana dəstəyini davam etdirəcək.
Danışıq zamanı hər iki lider regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıb və mövcud problemlərin yalnız dialoq və diplomatik yollarla həll olunmasının zəruriliyini qeyd ediblər.
Tərəflər, həmçinin, Azərbaycan-Pakistan münasibətlərinin hazırkı müsbət inkişafından məmnunluq ifadə edərək, əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində qarşılıqlı öhdəliklərini təsdiqləyiblər.
Qeyd edək ki, son günlər ABŞ və İsrailin İrana qarşı əməliyyatları fonunda regionda gərginlik artıb və Tehran müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda hədəflərə zərbələr endirib.
https://www.dawn.com/news/1984038
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ