Onlayn ictimai-siyasi qəzet
Pakistan Hərbi Hava Qüvvələrinə məxsus "JF-17 Thunder" tipli döyüş təyyarələri Bakıda keçiriləcək hərbi paradda nümayiş olunacaq.
Musavat.com xəbər verir ki, bu barədə Pakistanın informasiya və teleradioyayım naziri Attaulla Tarar açıqlama verib.
Nazirin sözlərinə görə, paradda yalnız qırıcı təyyarələr deyil, Pakistan Silahlı Qüvvələrinin hərbçiləri də iştirak edəcək.
“Yaşasın Pakistan və Azərbaycanın dostluğu!” — deyə o vurğulayıb.
Qeyd edək ki, "JF-17 Thunder" qırıcıları Pakistan və Çin tərəfindən birgə istehsal olunur və hazırda Pakistan Hərbi Hava Qüvvələrinin əsas döyüş aviasiya platformalarından biridir. Paradda həmin təyyarələrin uçuş nümayişi gözlənilir.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ