Onlayn ictimai-siyasi qəzet
Ermənistanda baş nazir Nikol Paşinyan və Anna Akopyanın ayrılması ilə bağlı xəbərlər siyasi gündəmdə müzakirə mövzusuna çevrilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan parlamentdə jurnalistlərin bu məsələ ilə bağlı sualına cavab verməkdən imtina edib.
Nazir bildirib ki, bu tip suallara cavab vermək niyyətində deyil və əgər mövzu şəxsi məsələlərə yönələrsə, o, müzakirəni tərk edəcək.
Papoyan qeyd edib: “Mən Ermənistan Respublikasının iqtisadiyyat naziriyəm və “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyəti sədrinin müaviniyəm. Əgər hansısa şəxsin şəxsi həyatı ilə bağlı suallar müzakirə olunacaqsa, mən daha yaxşı olar ki, gedim”. Bundan sonra o, çıxış yerini tərk edib.
Xatırladaq ki, həmin gün səhər saatlarında Anna Akopyan video müraciət yayımlayaraq Nikol Paşinyanla mülki nikahının başa çatdığını və hökumət iqamətgahını tərk etdiyini açıqlayıb.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ