Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökuməti yaxın vaxtlarda Yerasx və Gümrü–Akyaka (Qars) istiqamətlərində dəmir yolunun bərpasına başlayacaq.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Yaxın zamanda Gümrü–Axurik–Akyaka hissəsinin bərpasına başlayacağıq. Türkiyə tərəfində də işlərə başlanılıb və dəmir yolu açılacaq. Biz həmçinin Yerasx dəmir yolu qovşağının bərpasına da başlayacağıq”, - deyə Ermənistan Baş naziri qeyd edib.
Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Axalkalaki–Qars dəmir yolunun Ermənistanın ixrac və idxalı üçün açıldığını bildirib.//APA
20 Iyul 2026
19 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ