İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan gizli planını işə saldı: parlament spikeri postuna ABŞ-nin adamı gətirilir  

Ermənistanın baş naziri Nikol Paşinyan iyun seçkilərindən sonra parlamentin spikeri postunda Lilit Makuntsu görmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Paşinyan partiyadaxili səsvermə mexanizmini elə qurmaq istəyir ki, ABŞ-dakı sabiq səfir Makunts namizədlərin təsdiqi zamanı ən çox səs toplayan fiqur kimi önə çıxsın. Məqsəd isə seçkilərin formal olaraq demokratik görüntü altında keçirilməsidir.

Məlumata əsasən, proses iki mərhələdə təşkil olunacaq. Birinci mərhələdə nümayəndələr siyahıdakı yerlərin nömrəsini bilmədən sadəcə 50 nəfəri seçəcəklər. Siyahıda konkret yerlər yalnız ikinci mərhələdə açıqlanacaq. Məhz bu mərhələdə Paşinyanın Makunts üçün yüksək mövqe təmin etməyi planlaşdırdığı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2026

17 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR