İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan sözündən qaçır, Əliyev isə sözünün üstündə dayanır" - ruslar dilə gəldi

Qonşu ölkədə keçirilən seçkilərdən sonra Ermənistan rəhbərliyi ilə bağlı Rusiyadan diqqətçəkən açıqlama səsləndirilib.

Musavat.com xəbər verir ki, PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Vitali Arkov Ermənistanın Avropa İttifaqına üzvlüyünün real perspektivə malik olmadığını bildirib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Avrasiya İqtisadi İttifaqında qalmağa çalışır, çünki bu, ölkəyə böyük bazarlara çıxış, ucuz enerji resursları və əlavə iqtisadi imkanlar qazandırır.

Arkov iddia edib ki, Nikol Paşinyan Moskva ilə münasibətlərdə dəfələrlə əldə olunmuş razılaşmaları təhrif edib, həmçinin Azərbaycanla danışıqlar zamanı verdiyi bəzi vədlərdən geri çəkilib.

Ekspert vurğulayıb ki, Kremlin əsas narazılığı Ermənistanın geosiyasi seçimləri ilə deyil, Paşinyanın verdiyi öhdəliklərə əməl etməməsi ilə bağlıdır. Onun sözlərinə görə, Moskva İrəvandan mütləq şəkildə Rusiyaya yaxın siyasət yürütməyi tələb etmir, lakin verilən sözlərin yerinə yetirilməsini gözləyir.

Arkov Azərbaycan Prezidenti İlham Əliyevi nümunə göstərərək bildirib ki, onunla razılığa gəlmək bəzən çətin olsa da, əldə olunan razılaşmaların icra ediləcəyinə inam olur. Ekspert qeyd edib ki, Əliyev boş vədlər vermir və razılaşma əldə olunursa, onun yerinə yetiriləcəyinə əminlik yaranır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR