Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla delimitasiya çərçivəsində torpaq mübadiləsi barədə qərar veriləcəksə, bunun üçün mütləq erməni vətəndaşlarının mövqeyi tələb olunacaq.
Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, heç kim erməni xalqının iradəsinə zidd şəkildə başqa ssenariyə getməyəcək.
“Ermənistan vətəndaşlarının mövqeyi olmadan belə bir proses sadəcə baş verə bilməz,” — deyə o vurğulayıb.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ