Onlayn ictimai-siyasi qəzet
Erməni mediası baş nazir Nikol Paşinyan haqqında sensasion məlumat yayıb.
Musavat.com xəbər verir ki, iddialara görə, Paşinyan rəsmi şəkildə evli olmasa da, komandasındakı siyasətçilərə boşanmağı qəti şəkildə qadağan edib.
Nəşrin məlumatına görə, yaxın günlərdə Paşinyanın tərəfdarlarından biri ona müraciət edərək ailə həyatını bitirmək və yeni səhifə açmaq istədiyini bildirib. Lakin Paşinyan buna razılıq verməyib.
Səbəb kimi isə qəribə arqument göstərilib: guya “Vətəndaş Müqaviləsi” partiyasında boşanma limiti artıq dolub, yəni son vaxtlar partiya üzvləri arasında boşanmaların çoxalması ictimai rəydə hakimiyyətin ailə dəyərlərinə laqeydliyi barədə fikir yaradıb.
Paşinyan tərəfdarına belə deyib:
“Artıq heç kim boşana bilməz. Partiyanın nüfuzu daha da düşə bilər.”
Məlumat Ermənistanda geniş müzakirələrə səbəb olub və Paşinyanın “şəxsi həyata müdaxiləsi” kimi qiymətləndirilir.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ