İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Taker Uilsona qarşı həmlə: Time jurnalına müsahibə təşkil etməyi tapşırıb

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ ictimaiyyətində formalaşmış imici dəyişmək məqsədilə “Time” jurnalının jurnalisti Saymon Şusterə müsahibə təşkil etməyi tapşırıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli "Qraparak" qəzeti yazıb.

Məlumata görə, Paşinyan bu göstərişi mətbuat katibi Nazeli Bağdasaryan və xarici işlər naziri Ararat Mirzoyana verib.

Nəşrin yazdığına görə, bu qərarın səbəbi “Po-Naşemu” hərəkatının koordinatoru Narek Karapetyanın məşhur amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibə olub.

“Paşinyan, Karapetyanın Taker Karlsona verdiyi müsahibənin nəticələrindən son dərəcə narazı qalıb. O hesab edir ki, bu çıxış nəticəsində ABŞ ictimaiyyətində onun kilsəyə qarşı təzyiqlər apardığı və ölkədə müxalifətə təqib həyata keçirdiyi barədə təəssürat yaranıb,” – yazır “Qraparak”.

Nəşr həmçinin qeyd edir ki, Donald Trampın oğlu kiçik Donald Tramp 12 noyabrda Ermənistana planlaşdırılan səfərini ləğv edib və bu qərarda həmin müsahibənin də rolu ola bilər.

Mənbələr bildirirlər ki, Paşinyan bu layihəyə böyük önəm verir və “Time” jurnalının “İlin adamı” siyahısına düşmək ehtimalını da real hesab edir. Onun fikrincə, belə bir imic kampaniyası Ermənistanda ictimai rəyi öz xeyrinə dəyişməyə kömək edə bilər.

“Qraparak”ın məlumatına əsasən, Paşinyan tapşırıq verib ki, maddi məsrəflərdən çəkinilməsin və müsahibə ən yüksək səviyyədə təşkil olunsun. Qeyd edilir ki, Saymon Şuster əvvəllər Alekssey Navalnı, Vladimir Zelenski və Aleksandr Lukaşenko ilə də geniş rezonans doğuran müsahibələr aparıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR