Onlayn ictimai-siyasi qəzet
ABŞ hökuməti Ukrayna üçün də daxil olmaqla, 155 mm-lik mərmilərin istehsalını artırmaq məqsədilə Texasdakı General Dynamics zavoduna yarım milyard dollardan çox sərmayə qoysa da, zavod bir dənə də olsa mərmi istehsal etməyib.
Musavat.com xəbər verir ki, məlumatı araşdırma jurnalistikası ilə məşğul olan qeyri-kommersiya təşkilatı ProPublica yayıb. Bildirilir ki, 2024-cü ildə Pentaqon Dallas yaxınlığında yerləşən zavod üçün Türkiyədən yeni avadanlıqlar alıb, lakin səmərəliliyi artırmaq əvəzinə, maşınlar qüsurlar yaratmağa və sıradan çıxmağa başlayıb. 2025-ci ildə üç istehsal xəttindən ikisi bağlanmaq məcburiyyətində qalıb, lakin üçüncü xəttdə əməliyyatların davam etməsinə baxmayaraq, zavod "istifadəyə yararlı 1 mərmi belə" istehsal etməyib.
Qeyd olunur ki, ordu "Amerika vergi ödəyicilərinə 533 milyon dollara başa gələn fiasko" üçün General Dynamics və onun türk podratçısı Repkon-dan pulu geri almaqda uğursuz olmaqla yanaşı, şirkətlə yeni müqavilələr bağlamağa davam edib.
ABŞ ordusu ProPublica-ya bildirib ki, "General Dynamics-dən istehsal sifarişlərində endirimlər almaqla" itirilmiş vəsaitləri geri qaytarmaq niyyətindədir.
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ