Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu haqqında qalmaqallı məlumat yayılıb. “Metla” nəşrinin araşdırmasına görə, “Vaqner” hərbi şirkətinin tərkibində xidmət etdiyinə görə medal alan Nikolay Peskov əslində döyüşdə iştirak etməyib.
Araşdırma materiallarında qeyd olunur ki, həmin dövrdə o, Maldiv adalarında dincəlirmiş. Sosial şəbəkə paylaşımları və geolokasiya məlumatları da bu faktı təsdiqləyib.
Xatırladaq ki, Peskovun oğlu daha əvvəl “xüsusi hərbi əməliyyat zonasında xidmət etdiyi” iddiası ilə Rusiya mediasında qəhrəman kimi təqdim olunmuşdu. Lakin yeni araşdırma bu versiyanı tam təkzib edir.
Hazırda hadisə Rusiyada geniş ictimai rezonans doğurub və sosial şəbəkələrdə “elit ailələrin yalan qəhrəmanlığı” kimi müzakirə olunur.
Şəkildə: Peskov və oğlu Nikolay.
Musavat.com
![]()
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ