Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkian ölkədə Fövqəladə Rəhbərlik Şurasının fəaliyyətə başladığını açıqlayıb və dövlətin əvvəlki siyasi kursunun davam etdiriləcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, Pezeşkian bildirib ki, İran rəhbərliyi heç bir halda geri çəkilməyəcək və ali lider Əli Xameneinin müəyyən etdiyi strateji xətt qorunacaq.
Prezidentin sözlərinə görə, dövlət institutları tam gücü ilə işləyir və idarəetmədə fasilə yoxdur. O vurğulayıb ki, Silahlı Qüvvələrə bütün lazımi tapşırıqlar verilib və hərbi əməliyyatlar davam etdiriləcək.
“İslam Respublikasının silahlı qüvvələri düşmən bazalarını məhv etməkdə qətiyyətlidir”, – deyə Pezeşkian qeyd edib.
O əlavə edib ki, ölkənin təhlükəsizliyi və suverenliyi əsas prioritetdir və mövcud vəziyyət fonunda Tehran bütün ssenarilərə hazırdır.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ