İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian onu Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin etdi

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı və Ali Liderin müşaviri Möhsün Rzayi İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Musavat.com xəbər verir ki, məlumatı İran Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Məhəmməd Mehdi Təbatəbayi məlumat verib: "Məhəmməd Bağır Zülqədrin Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən istefa etməsi və yeni vəzifəni qəbul etməsi ilə əlaqədar olaraq, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanın fərmanı ilə Möhsün Rzayi Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib".

Rzayi sələfi Əli Laricaninin ölümündən sonra 27 martda bu vəzifəyə təyin olunmuş Məhəmməd Baqer Zülqədri əvəz edir. Ali Rəhbərin Ofisinin açıqlamasına görə, Zülqədri də öz növbəsində Xameneinin siyasi müşaviri təyin edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR