Onlayn ictimai-siyasi qəzet
Polşanın ralli sürücüsü Artur Senkovskinin idarə etdiyi avtomobil Nısa şəhərində yarışda qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə TVP məlumat yayıb.
Yarış avtomobili yüksək sürətlə ağaca çırpılıb və anidən alovlanıb. Ətrafdakıların köməyinə baxmayaraq, 40 yaşlı kişi hadisə yerində ölüb. Onun köməkçi sürücüsü xəsarətlə xəstəxanaya çatdırılıb.
Bu hadisə yarış zamanı qeydə alınan ikinci ağır qəzadır. Bir gün əvvəl, daha bir ralli maşını trasdan çıxıb və yol kənarında işləyən iki fotoqrafı vurub, onlar xəstəxanaya yerləşdiriliblər. Senkovskinin ölümündən sonra təşkilatçılar rallini erkən bitirmək qərarına gəliblər.
Polşada baş verən faciəvi hadisələr tamaşaçıların və mətbuatın tez-tez yarış trekinin yaxınlığında olduğu ralli yarışlarında təhlükəsizliklə bağlı narahatlıqları bir daha artırıb.
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ