İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşada hərbi çağırış yenidən gündəmdə: “Tezliklə başqa yol qalmayacaq”

Musavat.com xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Baş Qərargahında hərbi hazırlığa cavabdeh olan briqada generalı Rafal Mernik ölkədə ümumi hərbi xidmətin bərpasını açıq şəkildə dəstəklədiyini bildirib.

Generalın sözlərinə görə, məcburi hərbi xidmətin geri qaytarılması yalnız ordunun və dövlətin müdafiə qüdrətini artırmaqla kifayətlənməyəcək, həm də ehtiyat qüvvələri gücləndirəcək, cəmiyyəti mümkün təhlükələrə və fövqəladə vəziyyətlərə daha hazırlıqlı edəcək.

Mernik mövcud demoqrafik vəziyyətin və yaxın illərin təhlükəsizlik risklərinin belə qərarı qaçılmaz etdiyini vurğulayıb:

“Gec-tez bu seçim qarşısında qalacağıq”. 

Polşada hərbi çağırışın bərpası son aylarda siyasi və ictimai diskussiyaların əsas mövzularından birinə çevrilib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR