İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin bunu da edir - Dünya Çempionatına düşməyənlərin çempionatı...

Dünya futbolunda bir ilk yaşana bilər. Belə ki, Rusiya Dünya Çempionatı 2026-ya vəsiqə qazana bilməyən yığmalar üçün alternativ dünya çempionatı keçirməyi planlaşdırır. Özü də yarışın gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ ilə eyni vaxtda təşkil olunması hədəflənir.

Yayılan məlumatlarda qeyd olunur ki, şimal qonşumuzun buradakı məqsədi Rusiyaya tətbiq olunan beynəlxalq boykotun təsirini azaltmaq və 2030-cu ildə keçiriləcək Dünya Çempionatına dönüş üçün FİFA-ya təzyiq yaratmaqdır.

Hətta Rusiyadakı turnirdə iştirak edə biləcək ölkələrin də adları açıqlanıb. Bunlar ev sahibi kimi Rusiya, eləcə də, Serbiya, Macarıstan, Yunanıstan, Çili, Peru, Venesuela, Nigeriya, Kamerun və Çin kimi dövlətlərdir.

Heç şübhəsiz ki, Putinin bu niyyəti gerçəkləşsə, bu, futbol dünyasında böyük səs-küy salacaq.

Bəs alternativ çempionatda iştirak edən ölkələrin aqibəti necə olacaq?

İdman mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında bunun mümkünsüz olduğunu söylədi:

kenan-mesteliyev.jpg (244 KB)

“Rusiya heç nə edə bilməyəcək. Bu, bu ölkənin növbəti blefidir. Adı çəkilən heç bir ölkə FİFA-nın icazəsi olmadan belə turnirə qatıla bilməz, qatılmayacaqlar da. Ruslar düşdükləri vəziyyəti ört-basdır etmək üçün ara-sıra ortaya bu cür absurd iddialar atırlar. Hamısı boş söhbətlərdir. Rusiya sanksiyalar altındadır. Ukraynadakı müharibə bitməyincə də sanksiyalar altında qalacaq. Təkli yoldaşlıq görüşləri, hansısa yoxlama matçları ola bilər, amma tamtərkibli turnirin keçirilməsi mümkün deyil. Bunun həm siyasi, həm iqtisadi, həm də təşkilati aspektləri var. Rusiya ilə birgə olacaq, onların turnirinə qatılacaq ölkələr FİFA tərəfindən cəzalana, ağır sanksiyalara məruz qala bilərlər. Həm də bu, onsuz da sıx qrafikdə oynayan futbolçular üçün əlavə yükdür. Həmçinin bu, keç kimə lazım deyil, həm də təhlükəlidir. Odur ki, bu məlumatlara inanmaq lazım deyildir”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR