İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putin öz dublyorunun dəfnində çıxış etsə, bu, Leonardo da Vinçi səhnəsi olar”-Belkovskidən sensasion sözlər

Rusiyalı siyasi analitik Stanislav Belkovski jurnalist Alesya Batsmanla söhbətində Kreml rəhbərinin təhlükəsizlik obsesiyası və mümkün səfərləri barədə kəskin, ironik fikirlər səsləndirib.

Musavat.com xəbər verir ki, Batsman Zelenskinin “Putinin Pokrovska gəlmək istədiyi barədə məlumatlar var” açıqlamasını xatırladaraq bunun nə dərəcədə real olduğunu soruşub.

Belkovski cavabında deyib:

“Bəlkə nəhayət, Putinin dublyorlarını görəcəyik".

Batsman söhbəti davam etdirərək:

“Həm də elə dublyorları ki, ‘itkisindən heyfslənməyəcəkləri’, yəni ikinci-üçüncü dərəcəli olanları".

Belkovski isə fikri daha da irəli aparıb:

“Bəlkə də ora elə dublyorları gətirəcəklər ki, xüsusilə qorxunc görkəmlidirlər, bəlkə də siyasi ambisiyaları oyanıb, orijinal Putini əvəzləmək istəyirlər".

Analitikin ən sərt və səs-küylü fikri isə belə olub:

“Ən epik mənzərə Putinin öz dublyorunun dəfnində çıxış etməsi olardı. Bu, Leonardo da Vinçi səviyyəsində bir tablo olar — Putin dublyorunun məzarı başında".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR