İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Qəzza üzrə Sülh Şurasına dəvət alıb

Rusiya prezidenti Vladimir Putin Qəzza vəziyyəti ilə bağlı Sülh Şurasına qoşulmaq üçün dəvət alıb.

Musavat.com Rusiyaa mediasına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Prezident Putin diplomatik kanallar vasitəsilə dəvət alıb”, deyə Peskov qeyd edib. Gələcək addımların və vaxtın detalları isə açıqlanmayıb.

Daha öncə bildirilib ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev sabah Davosda ABŞ prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşəcək.

Qeyd edək ki, Qəzza üzrə Sülh Şurası münaqişənin tənzimlənməsi səylərini koordinasiya etmək və beynəlxalq ictimaiyyəti diplomatik həll yollarının axtarışına cəlb etmək üçün yaradılır. ABŞ prezidenti Donald Tramp əvvəlcə Sülh Şurasının formalaşdırıldığını açıqlayıb və tezliklə iştirakçıların adlarını açıqlayacağını vəd edib.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR