Onlayn ictimai-siyasi qəzet
"Qarabağ"ın yay transfer pəncərəsində heyətinə qatacağı ilk futbolçu artıq müəyyənləşib.
Kiprin "Omoniya" (Aradipu) klubunun şərəfini qoruyan fransalı vinger Jali Muaddib yeni mövsümdən Ağdam təmsilçisinin uğurları üçün tər tökəcək.
Bu keçidi rəsmən təsdiqləyən Nikosiya klubunun baş meneceri Giorqos İrakleus bildirib ki, 25 yaşlı futbolçu ilə Azərbaycan çempionu arasında tam razılıq əldə olunub.
Menecerin sözlərinə görə, Muaddib aylar öncə "Qarabağ"dan təklif alsa da, komandasına sadiqlik nümayiş etdirərək "Omoniya"nın liqada qalması üçün sona qədər mübarizə aparacağını vəd edib.
Cari mövsümdə Kipr klubunda 31 oyuna çıxaraq 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalan vingerin müqaviləsi yayda başa çatdığı üçün o, yeni komandasına azad agent statusu ilə qoşulacaq.
İrakleus həmçinin qeyd edib ki, müqavilədəki bəzi kiçik maliyyə bəndlərinə rəğmən, klub futbolçunun gedişinə mane olmayacaq. (Offsideplus.az)
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ