İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağla bağlı ŞAD XƏBƏR

Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur.

Musavat.com-un məlumatına görə, bunu parlamentin iclasında Baş nazir Əli Əsədov deyib.

Bildirib ki, Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür:

“Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb (2026 - 3.5 mlrd.manat).

Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib ki, iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir. Bunları nəzərə almalıyıq”.

Əli Əsədov qeyd edib ki, hökumətin əsas xərc istiqamətlərindən biri də təhlükəsizliyin, hərbi-müdafiə potensialının daha da gücləndirilməsidir:

“Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21%-ni (8.7 mlrd.manat) təşkil edir. Bu gün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, diqqət göstərilir.

Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik. Cənab Prezident tərəfindən hökumət qarşısında vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün sənaye klasteri yaradılsın. Bu istiqamətdə artıq müvafiq işlər aparılır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2026

16 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR