İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub

Aprelin 16-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Respublikası müdafiə nazirinin silahlanma və hərbi texnika üzrə müavini Şayx-Xasan Jazıkbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Nazir qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

V.Mustafayev diqqətə çatdırıb ki, müxtəlif istiqamətlərlə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi türk dövlətləri arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biridir.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə edən qonaqlar Azərbaycanla bu sahədə əlaqələrin genişlənməsi üçün böyük potensialın mövcud olduğunu bildiriblər.

Görüş zamanı hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi, işgüzar səfərlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

modal image

modal image

modal image

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR