Onlayn ictimai-siyasi qəzet
Vaşinqtonun Rusiyaya qarşı tətbiq edə biləcəyi yeni sanksiyalar demək olar ki, tükənib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Kanadada keçirilən G7 xarici işlər nazirlərinin sammitindən sonra ABŞ dövlət katibi Marko Rübio danışıb.
Onun sözlərinə görə, ABŞ artıq Rusiyanın ən böyük neft şirkətlərinə — “Rosneft” və “LUKoil”a qarşı sanksiyalar tətbiq edib və bu tədbirlərin real effektinin zamanla görünəcəyini qeyd edib:
“Bizim tərəfdən tətbiq edilə biləcək sanksiyalar çox az qalıb. Mən bilmirəm daha nə edə bilərik. Sanksiya imkanlarımız tükənir”, — deyə o vurğulayıb.
ABŞ rəsmisi həmçinin “kölgə donanması” ilə mübarizədə Avropa ölkələrinin daha çox addım ata biləcəyini bildirib.
Rübio Rusiyanın ABŞ-la yüksək səviyyəli görüşünün yalnız konkret nəticə gətirəcəyi halda mümkün ola biləcəyini deyib:
“Biz müharibənin bitməsini istəyirik, amma sadəcə görüşmək naminə görüşmək mümkün deyil.”
O, Sergey Lavrovla son ayda danışmadığını, amma münasibətlərin “normal” olduğunu da əlavə edib.
Rübio həmçinin NATO ölkələrinin hava məkanına son müdaxilələri “Rusiyanın provokasiyası” adlandırıb.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ