İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu ölkələrə müdaxiləyə başlayır?

Rusiya Baltikyanı ölkələrlə qarşıdurmada yeni mərhələyə keçməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, Moskva Litva, Latviya və Estoniyanı “rusdilli əhalinin hüquqlarını pozmaqda” ittiham edərək məsələni Byenəlxalq Ədalət MƏhkəməsinə çıxarmağı planlaşdırır.

Bu addım bir sıra müşahidəçilər tərəfindən Baltikyanı ölkələrə siyasi təzyiqin və yeni qarşıdurma xəttinin hüquqi əsaslandırılması cəhdi kimi qiymətləndirilir.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin “İzvestiya”ya açıqlamasına görə, Moskva belə qərara Litva, Latviya və Estoniyanın “qanunsuz siyasətdən imtina etməməsi” səbəbindən gəlib. Rusiya tərəfi xüsusilə Latviyanı “rusofob siyasət” aparmaqda, rusdilli fəallara və hüquq müdafiəçilərinə qarşı “təzyiq və qorxu mühiti yaratmaqda” ittiham edir.

Məqalədə Kremlin uzun illər postsovet məkanında və qonşu regionlarda rusdilli əhalinin hüquqları mövzusundan siyasi təsir aləti kimi istifadə etdiyinə diqqət çəkilir. Baltikyanı ölkələr isə bunu milli təhlükəsizlik məsələsi sayır və Rusiyanın təsir imkanlarını məhdudlaşdırmağa çalışır.

BMT baş katibinin keçmiş müavini Sergey Orconikidze məhkəmə prosesinin illərlə davam edə biləcəyini bildirib. Rusiyalı ekspert Vladimir Şapovalov isə iddianın qalib gəlmək şansının zəif olduğunu etiraf etsə də, belə addımın “problemə diqqət çəkəcəyini” deyib.

Məqalədə xatırladılır ki, Baltikyanı ölkələrin ehtiyatlı davranışı təsadüfi deyil. “Politico”nun müdafiə məsələləri üzrə jurnalisti Coşua Posaner daha əvvəl Baltikyanı ölkələrin rusdilli azlıqlara münasibətdə həssas yanaşmasını Rusiyanın regiondakı əvvəlki müdaxilə təcrübələri fonunda aparıldığına diqqət çəkib.

Rəsmi statistikaya görə, rus dili Estoniyada əhalinin təxminən üçdə biri, Latviyada 40 faiz, Litvada isə 7 faiz üçün ana dili sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR