Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu Xarkov vilayətinin Sinelnikovo və Dnepropetrovsk vilayətinin Danilovka qəsəbələrini ələ keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya qoşunları son günlər bir neçə istiqamətdə irəliləyərək Ukraynanın müdafiə xəttini yarıb. Nazirliyin məlumatına görə, Sinelnikovo və Danilovka yaşayış məntəqələrinin tam nəzarətə götürülməsi Ukrayna ordusunun bölgədəki təchizat marşrutlarına ciddi zərbə vurub.
Bununla yanaşı, Ukrayna tərəfi hələlik Rusiya qüvvələrinin bu yaşayış məntəqələrinə tam nəzarəti ələ keçirməsi barədə məlumatı təsdiqləməyib.
Qeyd edək ki, Xarkov və Dnepropetrovsk vilayətləri son həftələr döyüşlərin ən gərgin getdiyi bölgələrdən hesab olunur.

Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ