Onlayn ictimai-siyasi qəzet
Rusiya hərbçiləri gecə ərzində Dnepropetrovsk vilayətinə zərbələr endirib, 10 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edən Vladislav Qayvanenko öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, Sinelnikivski rayonunun Şaxtyorsk icmasına pilotsuz təyyarənin hücumu nəticəsində insanlar xəsarət alıb. Bir qadının vəziyyəti ağırdır. Üç çoxmərtəbəli binada mənzillər yanıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirir ki, ümumi sahəsi 350 kvadratmetrdən çox olan 8 mənzildə yanğın baş verib. Yanğın avtomobilləri də sıradan çıxarıb. Xilasedicilər təxminən 50 nəfəri təhlükəsiz ərazilərə təxliyyə ediblər.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ