Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib. Ölkə 2 “İskəndər-M” ballistik raketi və 138 kamikadze dron tətbiq edib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hava hücumundan müdafiə sistemi PUA-ların böyük hissəsini məhv etməyə nail olub.
Musavat.com "RBK-Ukraina"ya istinadən xəbər verir ki, 3 dekabr saat 18:00-dan 4 dekabr səhər saatlarına kimi Rusiya Rostov vilayətindən və Krımdan 2 “İskəndər-M” ballistik raketi buraxıb.
Eyni zamanda, Oryol, Kursk, Millerovo, Primorsko-Axtarsk, Bryansk və Krım istiqamətlərindən ümumilikdə 138 zərbə dronu - “Şahed”, “Gerbera” və digər tip PUA-lar istifadə olunub. Onların təxminən 85-i “Şahed” olub.
Hava hücumunun qarşısı Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiyası, zenit-raket bölmələri, radio-elektron mübarizə vasitələri, PUA bölmələri və mobil atəş qrupları tərəfindən alınıb. İlkin məlumatlara görə, saat 09:00-a olan vəziyyətə əsasən, şimal, cənub və şərq istiqamətlərində ümumilikdə 114 düşmən dronu vurulub və ya zərərsizləşdirilib.
Bununla yanaşı, ballistik raketlərin və 24 kamikadze dronun 14 müxtəlif ərazidə hədəflərə dəyərək dağıntılara səbəb olduğu qeyd olunur. Rusiya ordusunun dron, artilleriya və digər vasitələrlə həyata keçirdiyi hücumlar nəticəsində Xerson İstilik Elektrik Stansiyasının (İES) işi tamamilə dayandırılıb.
Musavat.com xəbər verir ki, bu barədə Xerson vilayət administrasiyası məlumat yayıb.
Açıqlamaya görə, zərbələr stansiyanın avadanlığını və bir sıra inzibati-təsərrüfat binalarını ciddi şəkildə zədələyib. Hazırda stansiyaya qoşulu yaşayış massivlərinin istiliklə təmin olunması üçün təcili tədbirlər görülür.
Rabitədə qalan evlərdə temperaturun kritik həddə enməməsi üçün sakinlərə müvəqqəti elektrik qızdırıcıları paylanır. Bərpa işlərinin nə vaxt başa çatacağı hələlik naməlumdur.
Xerson vilayəti son həftələrdə Rusiyanın artan hücumları səbəbindən kəskin enerji və istilik çatışmazlığı yaşayır.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi milli siyasət üzrə ekspert Sülhəddin Əkbərlə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
12 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ