Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Saratov şəhərində keşişlərin qadın məsləhətxanalarında işləməsi planlaşdırılır.
Musavat.com RBK.ru-ya istinadən xəbər verir ki, bu barədə Saratov və Volsk metropoliti İqnatinin sərəncamında bildirilir.
Məlumata görə, pravoslav keşişlər 19 tibb müəssisəsində, qadın məsləhətxanaları və perinatal mərkəzlərdə xidmət göstərəcəklər.
Onların əsas vəzifəsi qadınları abortdan çəkindirmək olacaq.
"Vesriya Saratov" xəbər verir ki, metropolit İqnati oktyabrın sonunda demoqrafiya mövzusunda Saratov Regional Dumasında keçirilən iclasda bölgənin səhiyyə naziri Vladimir Dudakova qadın məsləhətxanalarına keşişlərin təyin olunmasını təklif edib. Bundan əlavə, metropolit bölgədəki bir qadın məsləhətxanasının qarşısına doğulmamış uşaqların xatirəsinə abidə qoymağı vəd edib.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ