Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Voloqda vilayətində polisin əməliyyatı zamanı gözlənilməz hadisə baş verib.
Musavat.com xəbər verir ki, yerli sakin sərxoş sürücünün saxlanılmasına qeyri-adi şəkildə kömək edib. Belə ki, qarajında təmir işi aparan kişi tam qaraldılmış şüşələri olan avtomobillə polisdən qaçan sürücünü görüb. Cinayətkar maşını tərk edərək piyada qaçmağa cəhd edərkən, həmin şəxs əlindəki kötüyü ustalıqla onun üstünə atıb.
Hadisə nəticəsində sərxoş sürücü dərhal saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, güclü dərəcədə içkili vəziyyətdə olub və yalnız traktor idarə etməyə icazəsi var. Hazırda onun barəsində yeddi inzibati protokol tərtib ediləcək.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ