Onlayn ictimai-siyasi qəzet
Martın 8-də İsfahan şəhərində Rusiyanın konsulluq binasına hücum edilib. Hadisə nəticəsində bir neçə Rusiya diplomatı xəsarət alıb.
Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verib.
O, bildirib ki, konsulluğa edilən hücum beynəlxalq konvensiyaların açıq-aşkar pozulmasıdır və bütün ölkələr diplomatik məkanların toxunulmazlığına riayət etməlidirlər.
Partlayışın səbəbləri və məsuliyyət daşıyan tərəflərlə bağlı rəsmi açıqlamalar hələ verilməyib. Konsulluq binasına zərbə nəticəsində baş verən partlayış dalğası bir neçə əməkdaşın yaralanmasına səbəb olub və hadisə diplomatik ictimaiyyət arasında narahatlıq doğurub./Ajans.az
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ