Onlayn ictimai-siyasi qəzet
"Kulis.az" saytının baş redaktoru, şair Ulucay Akiflə yazıçı Aqşin Yenisey arasında sosial şəbəkədə söz savaşı yaşanıb.
Belə ki, Aqşin Yenisey təxminən bir həftə əvvəl sosial media hesabında paylaşım edərək Fyodor Dostoyevskini "çox bəsit" adlandırıb. Bu fikri Ulucay Akifin etirazı ilə qarşılanıb və o, Aqşin Yeniseyi tənqid edib.
Aqşin Yenisey isə buna cavab olaraq belə yazıb:"Sənin mənə münasibətin eynən kəpənəyin qoca şirə münasibətinə bənzəyir". Tərəflər arasında yazışma sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, bu, Ulucay Akiflə Aqşin Yenisey arasında ilk belə polemika deyil. Bundan əvvəl də hər iki yazar arasında sosial şəbəkələrdə qarşılıqlı ittihamlar və sərt söz atışmaları yaşanıb. Onların mübahisələri zaman-zaman ədəbi mühitdə və sosial mediada geniş müzakirələrə səbəb olub.
Musavat.com şairlərin davasına dair bir video görüntü də təqdim edir. Burada Ulucay Akif öz fikirlərini ifadə edir.
Afaq
Musavat.com
12 Avqust 2026
11 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ