Onlayn ictimai-siyasi qəzet
Fevralın 27-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər naziri, COP32-nin müəyyən olunmuş Prezidenti Gedion Timotevos Hessebon ilə görüşüb.
Musavat.com xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüşü zamanı iki ölkə arasında BMT-nin iqlim konfransları (COP) sahəsində təcrübə mübadiləsinin müzakirə edilməsinə toxunaraq, dövlət başçısının tapşırığı ilə Azərbaycanın Efiopiya ilə tam əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Gedion Timotevos Hessebon Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini, zəngin irs yaratdığını qeyd edib. Nazir Efiopiyanın Azərbaycanla COP32 çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib və ölkəmizin bu istiqamətdə Efiopiyaya təşkilati-logistika və substantiv dəstəyini yüksək qiymətləndirib.
Görüşdə Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri arasında imzalanmış “BMT-nin İqlim Konfransının 32-ci sessiyasının (COP32) təşkili ilə bağlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyəti vurğulanıb.
Həmçinin 2026-cı ildə ölkəmizdə keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar fikir mübadiləsi aparılıb.






05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ